Partiya  “Qəbul qaydalarındakı dəyişiklik abituriyentin xeyrinədir” - Deputatlar yeniliyi dəstəklədilər-

Nazirlər Kabineti Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən, ”Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda müəyyən dəyişikliklər edib.

Yeni təsdiq olunmuş qaydalarla abituriyentlərin seçim imkanları daha da genişləndirilib. Belə ki, abituriyentə icazə veriləcək ki, məsələn yaz imtahan sessiyasında II ixtisas qrupu, yay imtahan sessiyasında isə III ixtisas qrupu üzrə imtahanda iştirak etsin. Həmçinin abituriyent əvvəllər olduğu kimi eyni ixtisas qrupu üzrə də hər iki qəbul imtahanında iştirak edə bilər. Abituriyent seçim etməkdə sərbəst olacaq.

İndiyədək qüvvədə olan qayda isə belə idi ki, abituriyent bir tədris ili ərzində I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilərdi.

I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər qaydası da qüvvədə qalır.

Müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda öz ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə biləcəklər. Hər hansı bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər.


Qaydalara görə, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yayda keçiriləcək.

Azərbaycan Milli Məclisin deputatları bu dəfə Modern.az-a ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına edilmiş dəyişiklik barədə danışıblar.


Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə
 deyib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarına edilmiş dəyişiklik abituriyentlərin imtahan vermək qabiliyyətini daha da artıra bilər.

“Bu təcrübə dünya ölkələrinin bir çoxunda var. Dəyişiklik imtahan stressini də gələcəkdə azaldacaq. İmtahan vermək abituriyentlərin məktəbdə aldıqları biliklərin təsdiqidir. Hər bir məktəbdə oxuyan şagird müvafiq qruplarla deyil, məktəbdə oxuduqları bilikləri təsdiq etməlidir. Yəni hazırlaşdığı qrupun fənnindən başqa, digərlərini də bilməlidir. Ona görə də hesab edirəm ki, yeni təsdiq olunmuş qaydalarla abituriyentlərin seçim imkanları daha da genişləndirilib. Ali məktəblərə keçirilən qəbul imtahanların pullu olması məsələsini isə müzakirə etmək olar. İmtahanların qiymətləri ölkənin sosial vəziyyətinə uyğun olmalıdır”......

Mirmahmud KAZIMOĞLU

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə