Partiya  “Xocalı və Srebrenitsa soyqrımı şahidlərinin dünyaya birgə müraciəti mühüm addımdır”-
  

Xocalı və Srebrenitsa soyqırımı şahidləri  dünya ictimaiyyətinə birgə müraciət edib. Fevralın 22-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində Xocalıda hər iki valideyni qətlə yetirilmiş gənclərdən Murad Hüseynov və Səbinə Məhərrəmova Srebrenitsa soyqırımı zamanı hər iki valideynini itirən şəxslərlə görüşüb. Görüş Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının boşnak dilinə tərcümə edilən “Böyüməyən uşaqlar”  kitabının təqdimatı zamanı baş tutub. Tədbir Azərbaycanın  Bosniya- Herseqovinadakı diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə gerçəkləşib. 
Görüş zamanı gənclər uşaq yaşlarında üzləşdikləri faciəni bir daha xatırlayıblar. Görüşün sonunda Xocalı və Srebrenitsa soyqırımının dəhşətlərini yaşayan və hər iki valideynini itirmiş gənclərin dünya ictimaiyyətinə birgə müraciəti qəbul edilib.

Xocalı və Srebrenitsa soyqırımı zamanı eyni faciəni yaşamış gənclər beynəlxalq aləmə “Xocalı soyqırımını tanıyın!” şüarı ilə çağırış ediblər.


Modern.az
 saytı birgə müraciətin Xocalı soyqırımının tanınması istiqamətindəki əhəmiyyətləri ilə bağlı bir neçə deputatla həmsöhbət olub.....

.....Deputat Asim Mollazadə bildirib ki, Xocalı və Srebrenitsa soyqırımı şahidlərinin dünyaya birgə müraciətinə ciddi önəm vermək lazımdır:


“Azərbaycan  Xocalı faciəsi ilə bağlı hər zaman dünyanı məlumatlandırmalıdır. Hərbi cinayətlər nəticəsində mülki şəxslərə qarşı törədilən işgəncələr  insanlıq tərəfindən qəbul edilməməlidir. Hərbi cinayətlər ədalət məhkəməsinə cəlb olunmalıdır. Biz Xocalıya ədalət istəyirik. Gələcəkdə belə faciələrin təkrar olunmaması üçün bu cinayətləri törətmiş şəxslər beynəlxalq tribunalın ədalətinə cəlb olunmalıdır.

Mənə elə gəlir ki,  Xocalı və Srebrenitsa soyqırımı şahidlərinin dünyaya birgə müraciətinə ciddi önəm vermək lazımdır. Çalışmalıyıq ki, dünyada törədilən bu cür cinayətlərin qarşısı məhz beynəlxalq tribunal tərəfindən düzgün qiymətləndirilsin və cinayətkarlar məsuliyyətə cəlb olunsunlar”......

Günay RƏSULQIZI

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə