Partiya  NATO göründüyü kimi Türkiyənin müttəfiqi deyil-

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyir ki, Afrin əməliyyatının da əsas məqsədi məhz beynəlxalq terror şəbəkəsi ilə mübarizədir“Türkiyənin Suriyada bir məqsədi var – beynəlxalq terrorla mübarizə”.  Bunu Sputnik Azərbaycan-a Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Fransa hərbçilərinin Suriyanın Ayn İsa bölgəsinə yerləşməsinə, PKK-ya aid qərargah və nəqliyyat vasitələrində Fransa bayraqlarının ucaldılmasına münasibət bildirərkən deyib.

“Türkiyə inamla və mütəmadi şəkildə terrorla mübarizə aparır. Afrin əməliyyatının da əsas məqsədi məhz beynəlxalq terror şəbəkəsi ilə mübarizədir. Düşünürəm ki, bu istiqamətdə Türkiyə NATO müttəfiqlərindən dəstək almalı idi. Biz gözləyirdik ki, iki NATO müttəfiqi terrorla birgə mübarizə aparsın. Hazırda NATO Əfqanıstanda birlikdə terrorla mübarizə aparır. Biz Orta Şərqdə də NATO ölkələrinin qərarlarının birgə və eyni əsasda olmasını istərdik və bu cür hadisələrdən təəssüflənirik. Çünki qarşıdurma nə bölgəyə, nə də heç bir ölkəyə yaxşı bir şey gətirəcək. Bu vəziyyətdən udan, əslində NATO-nun rəqibləri olacaq” — deyə o bildirib.

Qeyd edək ki, Fransanın 60 nəfərlik ilk hərbi birləşməsi Suriyanın Ayn İsa bölgəsinə yerləşib. PKK-ya aid qərargah və nəqliyyat vasitələrində Fransa bayraqları ucaldılıb. Fransız əsgərlər ərazidə gün ərzində terrorçularla bir neçə dəfə patrul xidməti aparırlar. Fransalı hərbçilərin gəlişi ilə eyni vaxtda PKK terrorçuları həmin bölgədə fəallaşıb. Bölgəyə gələn fransız hərbçiləri arasında digər ölkələrdən gətirilən muzdlu döyüşçülərin də olduğu bildirilir. 



Read more: https://sputnik.az/radio/20180415/414867501/nato-turkiye-muttefiq.html

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə