Partiya  “Səməd Seyidovun mandatı ləğv olunmayacaq” – Deputatdan AŞPA-nın qərarına İLK REAKSİYA-
Milli Məclisin deputatı Asim Mollazadə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan barəsində araşdırma aparan müstəqil komitəsi tərəfindən millət vəkili Səməd Seyidov başda olmaqla 4 deputatın mandatının dondurulması barədə qərar qəbul etməsini pisləyib. 
 
Asim Mollazadə Sfera.az-a açıqlamasında bildirib ki, sözügedən qərar Azərbaycana qarşı ikilistandartların növbəti nümunəsidir:

"Bu barədə hələlik qərar qəbul edilməsə də, ancaq AŞPA-nın son sessiyasında Azərbaycana qarşı təzyiq kampaniyası başladılıb. Bu da onun tərkib hissəsidir. Ancaq Səməd Seyidovun mandatı ləğv olunmayacaq. Hələlik nə qərar verilməsi barədə rəsmi açıqlama yoxdur. Ən təhlükəlisi o ola bilər ki, müşahidə missiyalarında və məruzəçi şəxs kimi iştirak hüququndan məhrum ediləcək. Bütün bunlar bir daha göstərir ki, AŞPA Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir”.

Orxan Bəşirov
Sfera.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə