Partiya  Paşinyan ətrafında müəmmalı oyunlar: Qərb, yoxsa Kreml?-

Ermənistan danışıqlara başlamaq üçün yeni şərtlər irəli sürür.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat bildirib ki, İrəvanın Qarabağla bağlı hazırkı şərtləri sadəcə danışıqlar prosesini pozmaq məqsədi daşıyır:

“Ermənistan populist bəyanatlarla münaqişənin həllindən yayınır. Hakimiyyətə gəlmiş populist qüvvələr bundan qabaqkı cinayətkarların hərbi rəhbərliyi altında aparılan siyasəti davam etdirirlər. Ona görə də danışıqlar prosesində heç bir ciddi dəyişiklik gözləmirəm. Hesab edirəm ki, beynəlxalq təşkilatlar və ictimaiyyət bu siyasətə qiymət verməli, artıq Ermənistana qarşı müvafiq sanksiyalar qəbul etməlidirlər”.

Millət vəkili bildirib ki, Paşinyanı qərbpərəst kimi qəbul etmək düzgün deyil, çünki Ermənistanda və yeni rəhbərliyin ətrafında müəmmalı oyunlar gedir:

“Ermənistanda rəhbərlikdə kimin olmasından asılı olmayaraq, sülh istiqamətində addımlar atmasalar və torpaqlarımızı azad etməsələr, bu ölkə səfalətdən çıxmayacaq, bölgədə təcrid olunmuş hərbi baza kimi qalacaq. İrəvanın yeganə çıxış yolu Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmək və normal sülh prosesində iştirak etməkdir. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini sürətlə azad etməlidir. Bəlkə bundan sonra Ermənistanın hansısa şansları yarandı. Azərbaycan səbir nümayiş etdirir, münaqişənin sülh yolu ilə həlli istiqamətində beynəlxalq ictimaiyyətdən dəstək gözləyir”.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə