Partiya  İrəvanın sahibləri də nə edəcəklərini bilmir-

Ermənistanın mövqeyində hələ də ciddi dəyişiklik yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat bildirib ki, işğalçı prosesi uzatmaqla beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik addımlar atır:

“Ermənistan sülh prosesinə və ümumiyyətlə, bu istiqamətdə hansısa addım atmağa hazır deyil. İrəvan danışıqlara qayıtsa belə, real dəyişiklik olmayacaq. Hazırkı bəyanatlardan da görünür ki, danışıqları yenidən imitasiya edəcəklər. O üzdən İrəvanın danışıqlar prosesinə qayıtdığını düşünmürəm. Bakı açıq şəkildə İrəvana nümayiş etdirib ki, münaqişənin sülh yolu həllini istəyir. Ermənistanda isə hələlik heç bir stabillik, aydın mövqe yoxdur. Üstəlik, heç sahibləri də Ermənistanı bugünkü vəziyyətdə necə idarə edəcəklərini bilmirlər. Bu isə gərginliyin artacağından xəbər verir”.

Millət vəkili hesab edir ki, bu durumun dəyişməsi üçün Ermənistanın indiki rəhbərliyi sülh istiqamətində ciddi addım atmalıdır:

“Sülhə gedən yol isə işğal olunmuş ərazilərimizin geri qaytarılmasından keçir”.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə