Partiya  Cənub Qaz Dəhlizi: Bakının hədəfləri – Millət vəkili-

Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün iqtisadi, hərbi imkanlarını gücləndirməklə yanaşı, siyasi səhnədə də öz rolunu artırır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputat bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi Bakıya iqtisadi dividentlərlə yanaşı, siyasi imkanlar da qazandıracaq:

“Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı ölkəsi olduğu üçün Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayacaq. ABŞ, Avropa Birliyi bu layihəni dəstəkləyir. Təbii ki, burada da əsas məqsəd Avropanın enerji mənbələrinin diversifikasiyasıdır. Azərbaycan da bu istiqamətdə böyük işlər görür. Bakı, eyni zamanda, Cənub Qaz Dəhlizi layihəsini həyata keçirməklə Orta Asiya ölkələri üçün də imkanlar yaradır. Bu ölkələr enerjilərini məhz Azərbaycanın yaratdığı dəhlizdən istifadə edərək Avropa bazarına çıxaracaqlar. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün iqtisadi, hərbi imkanlarını gücləndirməklə yanaşı, beynəlxalq siyasi səhnədə də öz rolunu artırır. Bir sözlə, ölkəmizin önəminin əhəmiyyətli dərəcədə artması xalqın rifahına da öz müsbət təsiri göstərəcək”.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə