Partiya  "Təqsirkarlar günahlarına uyğun olaraq ən sərt şəkildə cəzalandırılacaq" - Asim Mollazadə-
"Dövlət başçısından öz vəzifələrini icra edə bilməyən məmurlarla bağlı sərt qərarlar gözləyirik".

Bu sözləri Prezident İlham Əliyevin ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirdiyi müşavirədəki nitqini şərh edən millət vəkili Asim Mollazadə deyib.

"Baş verən son qəza nəticəsində ölkənin milli təhlükəsizliyinə zərbə vurulub. Hesab edirəm ki, komissiya tərəfindən aparılan araşdırmalar bitdikdən sonra məsələ ilə bağlı çox ciddi qərarlar veriləcək və verilən müvafiq qərarlara uyğun olaraq da cəzalar tətbiq olunacaq. Kimlərin vəzifədən gedəcəyi birbaşa prezidentin səlahiyyətində olan məsələdir. Ancaq əminəm ki, baş verən son olaydan dolayı təqsirkarlar günahlarına uyğun olaraq ən sərt şəkildə cəzalandırılacaqlar”, - deputat bildirib/Axar.az
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə