Partiya  “NATO ölkəmizin əhəmiyyətini anlayır və dəstəyini ifadə edir”-

Şəfa Tapdıq/AZADİNFORM. “NATO-nun zirvə toplantısında Azərbaycan Prezidenti iştirak edirdi və yekun sənəddə ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu. Bu, bizim üçün əhəmiyyətli məqamdır”. 

Bu sözləri Azadinform-a açıqlamasında millət vəkili, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Asim Mollazadə deyib. Bildirib ki, ölkəmiz NATO ilə əlaqələrini genişləndirir: “Azərbaycan NATO-nun antiterror koaliyasının mühüm üzvüdür. NATO ölkəmizin əhəmiyyətini anlayır və dəstəyini ifadə edir. Bu tərəfdaşlıq bizim üçün mühüm əhəmiyyət kəsb edir”. 

A. Mollazadə qeyd edib ki, Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlığın əsas prioritetlərini əhatə edən sənəd imzalanıb: “Avropa Birliyi Azərbaycanın ticari dövriyyəsində ən əsas tərəfdaşdır. Azərbaycanın enerji təhlükəsizliyindəki rolu, ölkəmizin yaratdığı nəqliyyat dəhlizi Avropa Birliyi ölkələri üçün çox vacibdir. Bu əməkdaşlıq gələcəkdə imzalanacaq sazişlərdə mühüm rol oynayacaq. Əminəm ki, bu təşkilatlarla əlaqələrimiz daha da güclənəcək. Ölkəmizin “qoşulmama” qərarı tərəfdaşlıq əsasında siyasət qurmaq məqsədi daşıyır. İnanıram ki, bölgədə qarşılıqlı maraqlar əsasında sabitlik və inkişaf hökm sürəcək”.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə