Partiya  “Ermənistan üçün bir şans yaranıb”-

Şəfa Tapdıq/AZADİNFORM. “Ölkə başçısı bugünlərdə Qarabağ, Böyük Vətən müharibəsi əlillərinə, şəhid ailələrinə ev və maşın verdi. Prezident həmin tədbirdə Ermənistanla bağlı müxtəlif fikirlər səsləndirdi. Bizim ölkənin əsas məqsədi sülhə nail olmaqdır”.

Bu fikirləri Azadinform-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili deyib ki, Azərbaycan bölgədə sülhə, sabitliyə nail olmaq istəyir: “Bunun qarşısını alan yeganə amil Ermənistanın yürütdüyü siyasətdir. Hazırda hərbi cinayətkar dəstə hakimiyyətdən uzaqlaşdırıldığına görə, Ermənistan üçün bir şans yaranıb. Onlar ərazi iddialarını kənara qoyub Azərbaycanla sülh əldə etməklə hazırkı çətin durumlarından xilas ola bilərlər. Ölkəmizin təklifi də bundan ibarətdir – Azərbaycanın işğalda olan ərazilərini boşaldıb xilas yolu tutsunlar. Prezident dəfələrlə bu barədə fikirlərini nəzərə çatdırıb”.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə