“Almaniyanın Kansleri Angela Merkelin Azərbaycana səfəri iki ölkə arasında münasibətlər öz müsbət təsirini göstərmiş oldu. Səfərdən sonra bu münasibətlər həm iqtisadi, həm də siyasi sahədə daha da inkişaf edəcək”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyinin beynəlxalq hüquq normalarına arxalandığını deyən deputat söyləyib ki, Almaniyanın ATƏT-in Minsk qrupunun üzvü kimi mövqeyinin digər beynəlxalq təşkilatlarda təsdiqlənməsi və ifadə etməsini istəyirik.
A.Mollazadənin sözlərinə görə, Almaniya-Azərbaycan münasibətləri ölkəmizin Avropa İttifaqı ilə münasibətlərə də öz müsbət təsirini gözləyirik: “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır, Aİ ilə qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir”.
Deputat qeyd edib ki, Almaniya Aİ-nin lokomativ ölkəsi sayılır və bu səfər Aİ ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühümdür: "Səfər zamanı aparılan danışıqlar bu əlaqələrin yeni müstəviyə yüksəlməsinə stimul verir”.