Partiya  “Bu səfər Azərbaycan-Aİ münasibətlərinə də təsir edəcək”-

Şəfa Tapdıq/AZADİNFORM. “Almaniya kansleri Merkelin ölkəmizə səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafına təkan verəcək”.

Azadinform xəbər verir ki, bu sözləri millət vəkili, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Asim Mollazadə deyib.

Millət vəkili bildirib ki, bu səfərdən sonra siyasi, iqtisadi, humanitar sahələrdə münasibətlər daha da inkişaf edə bilər: “Bu səfər Azərbaycan-Aİ münasibətlərinə də təsir edəcək”. 

A. Mollazadə hesab edir ki, bu səfərdən sonra tərəflər bir-birini daha yaxşı anlamağa başlayıb: “Ümid edirik ki, alman biznesmenlər Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafına töhfə verəcəklər. Almaniyanın Qarabağ münaqişəsilə bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyi də bu münaqişənin həllinə müsbət təsir edə bilər”.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə