Partiya  “Rusiya ilə münasibətlər yeni mərhələyə qədəm qoydu” – Asim Mollazadə-

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri bu iki ölkə arasındakı münasibətlərin inkişafına təkan verəcək.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, səfər Rusiya və Azərbaycan arasındakı humanitar əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir:

“Rusiya və Azərbaycan strateji tərəfdaşdır. Azərbaycan həm iqtisadi, həm də humanitar sahələrdə Rusiya ilə əməkdaşlıq etməkdə maraqlıdır. Rusiya da Azərbaycanla bu kimi sahələrdə əməkdaşlıq etməyə maraq göstərir. Hesab edirəm ki, Prezident İlham Əliyevin səfəri ilə Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoydu. Bu səfər həm tərəflər arasında ticarət dövriyyəsini artıracaq, həm də humanitar sahədə əməkdaşlığı gücləndirəcək.

Azərbaycan nəqliyyat və enerji sahələrində də Rusiya ilə strateji əməkdaşlıq məsələlərini müzakirə edir. Bu, Rusiyanın da maraqlarına uyğundur. Çünki Azərbaycan Cənubi Qafqazda Rusiyanın ən böyük iqtisadi tərəfdaşıdır. Prezidentin səfərindən sonra bu əməkdaşlıq daha da güclənəcək”.

Asim Mollazadə iki ölkə arasındakı yeni dönəm münasibətlərinin Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinə təsirlərinə də toxunub: “Rusiyanın Ermənistan üzərində böyük təsir imkanları var. Əgər Rusiya bu münaqişənin həllinə maraq göstərsə, bunu tezliklə həll etmək olar”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 1-də Rusiyaya səfər edib. Dövlət başçısı Soçi şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Görüşdə ikitərəfli münasibətlərə dair bir sıra sənədlər imzalanıb.


Müəllif: Mənsur Rəğbətoğlu
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə