Partiya  Üçüncü peyk: Bakı mövqelərini möhkəmləndirir-

Azərbaycan getdikcə kosmik sənaye sahəsində öz mövqelərini möhkəmləndirir.

Bu sözləri Axar.az-a “Azərspeys-2” peykinin orbitə buraxılması ilə bağlı danışan millət vəkili Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, “Azərspeys-2” peykinin orbitə çıxarılması çox mühüm hadisədir:

“Azərbaycan artıq kosmik proqramları uğurla həyata keçirən bir ölkədir. “Azərspeys-2” peykinin orbitə buraxılması Azərbaycanda kosmik sənayenin inkişafı ilə yanaşı, telekommunikasiya sisteminə və iqtisadiyyatın digər sahələrinə də öz töhfəsini verəcək. Bu isə özlüyündə qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərən amillərdəndir. Təsadüfi deyil ki, bu ilin səkkiz ayında Azərbaycanda qeyri-neft sənayesi təxminən 11 faiz artıb”.

Deputatın sözlərinə görə, son beş il ərzində orbitə üçüncü peykin buraxılması Azərbaycanın milli peyk sisteminin mövcudluğunun nümayişidir:

“Azərbaycanın bu sahədə inkişafı beynəlxalq əməkdaşlığımızı da şaxələndirir. Peyk sisteminə malik olan bir ölkə kimi inkişafımız ölkənin təhlükəsizliyində və hərbi potensialının gücləndirilməsində də mühüm rol oynayır. Bu isə Azərbaycana xaricdən asılılığı aradan qaldırmağa imkan verir”.

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə