Partiya  Beynəlxalq ictimaiyyət Paşinyana reaksiya verməlidir – Asim Mollazadə-

Nikol Paşinyanın BMT Baş Assambleyasının sessiyasındakı çıxışı Ermənistanın sülh istəmədiyini açıq şəkildə göstərir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu, eləcə də beynəlxalq ictimaiyyət Paşinyanın bəyanatına reaksiya verməlidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Ermənistan status-kovunun qorunub saxlanmasını, Azərbaycan torpaqlarında işğalçılıq siyasətini davam etdirmək istəyir: “Təcavüzkara qarşı müvafiq sanksiyalar tətbiq olunmayan qədər Ermənistan bu oyunlarını davam etdirəcək. Azərbaycan beynəlxalq təşkilatların müvafiq qərarından sonra Ermənistanla başqa dildə danışmalıdır. İşğalçı dövlətə beynəlxalq hüquq normalarına əsaslanan cavab verilməlidir”.


Müəllif: Nərgiz

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə