|
Day.Az представляет новость на азербайджанском языке Ermənistandakı Metsamor atom elektrik stansiyası partlayış məqamını gözləyən bombadır. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Strasburqda AŞ PA-nın payız sessiyasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. O bildirib ki, Metsamor AES çox seysmik zonada yerləşir: "Faktiki olaraq bu, partlayış məqamını gözləyən bombadır. Əgər Ermənistanda daha bir zəlzələ baş versə bu, böyük ərazilərdə, o cümlədən Avropada zəhərlənməyə gətirib çıxara bilər". A.Mollazadə qeyd edib ki, Avropa İttifaqı Metsamor AES problemini həll etmək üçün Ermənistan hökumətinə konkret büdcə ehtiyatları ayırıb: "Pullar itib və AES işini davam etdirir. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib ki, bu stansiya "çirkli" bomba hazırlaya bilər və bu bomba Azərbaycana qarşı istifadə oluna bilər".
|