Partiya  Asim Mollazadə Oqtay Şirəliyevə çağırış etdi: 'Ciddi addımlar atılsın'-
Azərbaycanda daha bir xəstə - 34 yaşlı Samir Dəmirov həkim səhvinin qurbanı olub. "Modern Hospital” klinikasında həkim Taryel Ömərov tərəfindən mədə kiçiltmə əməliyyatı olunandan sonra dünyasını dəyişən S.Dəmirovun ailəsi iddia edir ki, onun ölümünə məhz həkim səhvi səbəb olub.

Qeyd edək ki, son dövrlər həkim səhvi ucbatından dünyasını dəyişən xəstələrin sayı durmadan artır. Demək olar ki, hər həftə bu cür xəbərlərə rast gəlirik. 

Bəs görəsən müvafiq qurumlar, konkret olaraq Səhiyyə Nazirliyi insan faciəsi ilə nəticələnən bu cür hallara qarşı hansı səbəbdən yetərli mübarizə aparmır?

Azxəbər.com-a açıqlamasında Milli Məclisin deputatı, tibb elmləri doktoru Asim Mollazadə bildirdi ki, bu kimi halların baş verməsi bu sahədə olan boşluqlardan qaynaqlanır:

"İlk növbədə Azərbaycanın təhsil sistemində, o cümlədən tibbi təhsil sistemində olan qüsurlar bu kimi halların meydana çıxmasına rəvac verir. Bunun əsas səbəbi Azərbaycanın səhiyyə sistemində həkimlərin fəaliyyəti ilə bağlı müvafiq protokolların olmamasıdır. Çünki dünyanın bütün inkişaf eləmiş dövlətlərində həkimin hər bir hərəkəti müvafiq protokollarla tənzimlənir. Yəni o protokolun xaricində fəaliyyət göstərən həkimləri çox ciddi cəza gözləyir Bəzi hallarda isə onların həkimlik fəaliyyətinə qadağa qoyulur. Çox təəssüf ki, bizdə hələ bu sistem oturuşmayıb. O səbəbdən də bu cür xoşagəlməz hadisələr ortaya çıxır”.

"Azərbaycan səhiyyə sistemində ciddi islahatlar aparılmalıdır” deyən millət vəkilinin sözlərinə görə, buna çox ciddi ehtiyac var:

"Mən bu məsələni dəfələrlə Milli Məclisin tribunasından səsləndirmişəm. Açıq etiraf edim ki, lazımi cavablar da almamışam. Biz çox istərdik ki, bu istiqamətdə çox ciddi addımlar atılsın. Və mən buradan üzümü səhiyyə naziri Oqtay Şirəliyevətutub onu və rəhbərlik etdiyi qurumu bu kimi hallara qarşı mübarizə aparmağa səsləyirəm”.
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə