|
Ləman Hüseynzadə / AZADİNFORM. “VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsini şərtləndirən iki əsas vacib məsələ var”. Bu fikri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. O bildirib ki, bu Forum Azərbaycanın öz dəyərlərini dünyaya açıqlaması üçün imkan yaradır: “Bu, Azərbaycanın illərlə formalaşan mədəniyyətlərin, sivilizasiyaların əməkdaşlıq mühiti ilə bağlı olan dəyəridir. Eyni zamanda, digər tərəfdən Forum şərait yaradır ki, Azərbaycanla həmfikir olan insanlar bir araya gələrək öz gələcək əməkdaşlığını və Azərbaycanla birgə bu dəlillərin dünyada müdafiəsini təşkil etsinlər”.
|