Partiya  "Forum Azərbaycana əlavə imkanlar yaradır" ÖZƏL-MÜNASİBƏT-

“VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsini şərtləndirən iki əsas vacib məsələ var”. Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, bu Forum Azərbaycanın öz dəyərlərini dünyaya açıqlaması üçün imkan yaradır: “Bu, Azərbaycanın illərlə formalaşan mədəniyyətlərin, sivilizasiyaların əməkdaşlıq mühiti ilə bağlı olan dəyəridir. Eyni zamanda, digər tərəfdən Forum şərait yaradır ki, Azərbaycanla həmfikir olan insanlar bir araya gələrək öz gələcək əməkdaşlığını və Azərbaycanla birgə bu dəlillərin dünyada müdafiəsini təşkil etsinlər”.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Müəllif: Ceyhun Rasimoğlu
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə