Partiya  “Soros şəbəkəsi”nin növbəti əl işi-

Millət vəkilləri Avropa Parlamenti tərəfindən qəbul olunmuş qətnaməni bu cür qiymətləndirirlər 

Bu günlərdə Avropa Parlamenti tərəfindən qəbul olunmuş "Mehman Hüseynovla bağlı təcili qətnamə"nin müzakirələrində ilk çıxış edən AP üzvü, eyni zamanda, Avronest Parlament Assambleyasının həmsədri R.Harms məsələ ilə bağlı azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Maraqlıdır ki, Avropa Parlamentində keçirilən təcili dinləmələrlə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Azərbaycan XİN-ə, nə də Azərbaycanın Brüsseldəki səfirliyinə hər hansı müraciət daxil olub. Müzakirələrdə çıxış edən (müzakirələrdə iştirak edən Aİ-nin ən yüksək səviyyəli rəsmisi) Avropa İttifaqının ticarət komissarı Sesilia Malstrom öz nitqində Aİ-nin məsələni yaxından izlədiyini və Azərbaycan hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğulayıb və qeyd edib ki, Aİ diplomatik nümayəndələri M.Hüseynova baş çəkiblər, o, aclıq aksiyasını dayandırıb və səhhətinə ciddi təhlükə yaradan vəziyyət yoxdur.
 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Kaspi”yə açıqlamasında söylədi ki, Azərbaycan belə bir şəraitdə informasiya müharibəsinə çox ciddi yanaşmalıdır: "Biz öz qüvvələrimizi səfərbər etməliyik. Diaspor işinin daha da gücləndirilməsinə ciddi ehtiyac var. Xaricdə yaşayan azərbaycanlılar yaşadığı ölkənin ictimaiyyətini bu haqda məlumatlandırmalıdır. Hesab edirəm ki, bu istiqamətdə görüləsi çox işlər var. Biz belə bir halla ilk dəfə deyil ki, rastlaşırıq. Ona görə də hər kəs bu məsələdə fəallıq göstərməlidir. Bu mənada ermənilər xüsusi fəallıq və canfəşanlıq göstərirlər. Onlar heç bir fürsəti əllərindən qaçırmır. Biz də onlardan geri qalmamalıyıq. Məsələnin dərindən araşdırılıb, həqiqətlərin ortaya çıxarılmasına ehtiyac var”.....
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə