Demokratik İslahatlar Partiyasının sədri Asim
Mollazadə USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) nümayəndələri ilə görüşüb.
Görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə
edilib.
DİP-in qərargahında keçirilən görüşdə USAİD-in Azərbaycan
missiyasının rəhbəri cənab Ceydef Sinqx və USAİD-də layihə rəhbəri Pərviz
Musayev iştirak edib.
|