Partiya  Deputatlar yeni rüsumlardan narazılıq etdilər - Parlamentdə etirazlar-

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklik deputatların narazılığına səbəb olub.

Oxu.Az- xəbər verir ki, qanuna təklif edilən əlavə maddəyə görə, akkreditasiyadan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəyəcək...


....Deputat Asim Mollazadə də rüsumlara etiraz edib və həmkarlarını bu qanunun əleyhinə səs çağırmağa səsləyib: 

“Bu, cənab Prezidentin apardığı siyasətə ziddir. Bu dəyişikliklərin əleyhinə səs verəcəyəm”.


...Sonra qanun layihəsi səsə qoyularaq, 4 nəfər əleyhinə olmaqla, birinci oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə