Partiya  Paşinyan həqiqət qarşısında ortalığa öz mövqeyini qoymağı bacarmadı-

Ötən gün Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. İclasda prezident İlham Əliyev Böyük Vətən müharibəsində azərbaycanlıların göstərdiyi xidmətlərindən söz açarkən ermənilərin də Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş şəxsə heykəl ucaltmağını vurğulayıb. Prezident bildirib ki, bütün ölkələrdə faşizm pislənsə də, Ermənistan faşizmə xidmət etmiş bir şəxsə “qəhrəman” statusu verib. Ermənistanın baş naziri Nikol Paşinyan prezidentin bu çıxışından sonra yalana əsaslanmaqla cəsarətsiz şəkildə reaksiya verməyə cəhd göstərib. Paşinyanın özünü ifadə edə bilməməsi və ortalığa bəlli bir mövqe qoymaması Türkmənistan və Rusiya mediasında geniş əks-səda doğurub.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin deputatı Asim Mollazadə deyir ki, İlham Əliyevin arqumentlərindən sonra Paşinyan özünü itirdi:

“Prezident çox düzgün şəkildə erməni faşizminin törətdiyi işləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Azərbaycan xalqının faşizm üzərində qələbəyə verdiyi töhfələri də xatırlatmaq çox mühüm idi. Azərbaycan neftçilərinin əməyi, müharibə zamanı qurban verdiyimiz minlərlə vətəndaşımızın əməyinin qiymətləndirilib, vurğulanması doğru addım idi. Paşinyan həqiqət qarşısında ortalığa öz mövqeyini qoymağı bacarmadı. Əslində o düzgün danışıb mövqe də sərgiləyə bilməzdi”.....


  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə