Partiya  İlham Əliyevin sərt tənqidi zamanında və yerində oldu-

“Cənab prezident sözlərini ilk növbədə cızığından çıxmış məmurlara ünvanladı”.
Bunu Yeniavaz.com-a Milli Məclisin deputatı Asim Mollazadə Prezident İlham Əliyevin son müşavirədə səsləndirdiyi “Bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik” fikirinə münasibət bildirərkən deyib.
Prezidentin xəbərdarlığının yaxın müddətdə nəticələr verəcəyini vurğulayan A. Mollazadə bildirib:
“İlham Əliyevin sərt tənqidi zamanında və yerində oldu. Bu oyunlara son qoymaq lazımdır. Ölkənin qarşısında çox ciddi hədəflər durur, çox böyük işlər var. Bunlar isə cılız oyunlar oynayaraq öz çirkin işlərini pərdələmək istəyirlər. Onu üçün prezidentin sərt sözləri mütləq nəticə verməlidir. Əks halda bu məmurlar vəzifələri ilə vidalaşacaqlar”.....

Kənan Qədirli

Yeniavaz.com


  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə