Partiya  Asim Mollazadə: “Azərbaycan İstanbul konvensiyasını ləngimədən təsdiqləməlidir”-

“Azərbaycan ailələrində uşaqlara qayğı, diqqət çox mühümdür. Uşaqlara qarşı zorakılıq, cinsi istismar yolverilməzdir”.

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə AR qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkilimizin Avropa Şurasında bu məsələlərlə bağlı məruzəçi olduğunu vurğulayan Asim Mollazadə qeyd edib ki, Azərbaycan bu məsələ ilə bağlı hər zaman səsini ucaltmağa hazırdır. O, sənədə Azərbaycan ərazilərinin işğal olunduğu faktının əlavə edilməsini təqdir edib: “Ümidvaram ki, işğal olunmuş ərazilərimizlə bağlı məsələləri Avropa Şurasının timsalında növbəti dəfə beynəlxalq təşkilatın diqqətinə çatdırmış olacağıq”.

Asim Mollazadə öz növbəsində İstanbul konvensiyasının (“Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası”, İstanbul, 11.V.2011) təsdiq edilməsi təklifini irəli sürüb.

“Azərbaycan İslam və Türk dünyasında ilk dəfə, hətta ABŞ və bir sıra Avropa ölkələrindən qabaq qadınlara seçib-seçilmək hüququ verib. Qadın liderliyi hər zaman Azərbaycanda diqqət mərkəzində olub. Çox təəssüf ki, biz qadınlara qarşı zorakılıqla bağlı müvafiq sənədlərin qəbulunu ləngidirik. Bizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var, parlamentdə də müvafiq komitə fəaliyyət göstərir. Mənə elə gəlir ki, Azərbaycan İstanbul konvensiyasını ləngimədən dəstəkləməlidir”, – deyə millət vəkili bildirib.

“Azərbaycanda qadın zorakılığına qarşı mübarizə daha da sərtləşdirilməlidir. Artıq bir sıra bölgələrimizdə erkən nikahlarla, qızların təhsili ilə bağlı problemlər yaranıb, qız uşaqlarını məktəbə buraxmırlar. Bu, Azərbaycan dövlətinin və xalqının milli-mənəvi dəyərlərinə ziddir. Odur ki, Azərbaycan parlamenti yaxın müddətdə İstanbul konvensiyasını təsdiqləməlidir”, - Asim Mollazadə əlavə edib.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə