Partiya  “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda" mükafat sahibinə təqdim edildi-

Demokratik İslahatlar Partiyası 22 iyul – Milli Mətbuat Günü münasibətilə "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda" mükafatı sahibinə təqdim edib.

Qeyd edək ki, bu mükafata 2019-cu ildə Sputnik Azərbaycan BİA-nın əməkdaşı Zülfiyyə Quluyevaya layiq görülüb. Partiya Zülfiyə Quluyevanı ölkənin sosial-iqtisadi həyatı ilə bağlı yazdığı obyektiv məqalələrə görə bu mükafatla təltif edib.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə mükafatı təqdim edərkən qeyd edib ki, Azərbaycanda 1875-ci ildə ilk dəfə işıq üzü görən “Əkinçi” qəzetindən başlanan yol ölkə KİV-ləri tərəfindən ləyaqətlə davam etdirilir.

“Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə media azadlıqları və jurnalistikanın inkişafı istiqamətində xeyli yol qət edilib. Ölkədə beynəlxalq səviyyəli xeyli bacarıqlı jurnalist yetişib və bu, çox sevindirici haldır. Bu mükafat daha çox rəmzi xarakter daşısa da, biz bununla cəmiyyətin diqqətini söz və mətbuat azadlığına yönəltmək istəyirik. Əminəm ki, yaxın gələcəkdə milli jurnalistikamızın daha çox uğurlarının şahidi olacağıq”, – deyə Mollazadə bildirib. Sonra o, müvafiq diplomu və mükafatı sahibinə təqdim edib.

Zülfiyyə Quluyeva isə öz növbəsində deyib ki, Azərbaycan jurnalistikasının iki ən önəmli simasının adını daşıyan mükafatı almaq onun üçün böyük şərəfdir. O, bu yüksək etimada görə, Demokratik İslahatlar Partiyasına təşəkkür edib.

Qeyd edək ki, bu təsisatda məqsəd jurnalistləri əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə