Partiya  “Xocalı parkları” genişlənməlidir”-

“Cinayətkarlar beynəlxalq tribunala cəlb edilməlidir”


Asim Mollazadə: “Bu, gələcəkdə Xocalı soyqırımı kimi cinayətlərin təkrarlanmaması baxımından önəmlidir”

Türkiyənin paytaxtı Ankarada sahəsi 1,5 hektarlıq ərazini əhatə edən Xocalı parkının salınması prosesi həyata keçirilir. Parkda şəhdilərin xatirəsinə abidənin ucaldılması da nəzərdə tutulur.

 

Xocalı soyqırımını beynəlxalq aləmdə təbliğ etmək, dünya ictimaiyyətinin diqqqətini bütün əsrlərin ən dəhşətli soyqımına cəlb etmək baxımından digər dövlətlərdə də Xocalı adını daşıyan parkların salınması nə dərəcədə məqsədəuyğun olar?

 

Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə bu sahədə sistemli fəaliyyətin mühüm əhəmiyyət kəsb etdiyini söylədi:

“Bu məsələyə dünya ictimaiyyətinin diqqətini cəlb etməyə böyük ehtiyac var. Dünyanın bir sıra ölkələrinin parlamaentləri Xocalı ilə bağlı müvafiq qətnamələr qəbul edib. ABŞ-ın bir sıra ştatlarında bu cür qətnamlər mövcuddur. Meksikann paytaxtında Xocalı ilə bağlı abidə ucaldılıb.

 

Bu addımların hamısını zəruri hesab edirəm. Bu işlər davam etdirilməlidir.

 

Biz insanlığa qarşı olan bu cinayətlərdə iştirak edənləri beynəlxalq tribunallara cəlb etməliyik. Bu cür cinayətlərin gələcəkdə təkrarlanmaması üçün bu cinayətdə əli olan şəxslərin beynəlxalq tribunal tərəfindən cəzalandırılmasına ehtiyac var”.

 

Seymur ƏLİYEV

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə