|
Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclası keçirilib. İclasda Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçirlməsinin vacibliyi barədə çıxışlar edilib. Bu çıxışlarda 2020-ci ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün əsaslar olduğu vurğulanıb. Daha sonra ölkə Prezidentinə növbədənkənar parlament seçkilərinin təyin olunması ilə bağlı müraciət qəbul olunub. Modern.az saytı Milli Məclisin buraxılması ilə bağlı parlament müxalifətindən münasibət öyrənməyə çalışıb.....
....Milli Məclisin digər üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, parlamentin yeni tərkibdə formalaşmasının üstünlükləri çox olacaq”. “Mənə elə gəlir ki, artıq parlamentin də ölkədə gedən dəyişikliklərə uyğunlaşmasının zamanı çatıb. Bu istiqamətdə verilən qərarı müsbət hesab edirəm. Ümidvaram ki, Azərbaycan parlamenti də yeni tərkibdə ölkədə gedən islahatlara öz dəstəyini verə biləcək. Buna çox böyük ehtiyacımız var”.
Modern.az
|