|
2019-cu ilin başa çatmasına sayılı günlər qalır. Ötən bir il ərzində ölkə siyasi, iqtisadi, mədəni, idman hadisələrilə fərqli obrazlarda yadda qaldı. Bəs V çağırış Milli Məclisin deputatları 2019-cu il üçün qanunvericilik sahəsini – parlamentin işini necə qiymətləndirir? Modern.az saytı onların fikirlərini öyrənməyə çalışıb..... ......Asim Mollazadə bildirib ki, 2019-cu ildə Azərbaycanın gələcəyi ilə bağlı çox mühüm silsilə qanunlar qəbul edilib: “Qəbul olunan qanunlar Azərbaycan iqtisadiyyatına da öz müsbət təsirini göstərdi. “Peşə təhsili haqqında” qanun layihəsi qəbul edildi. Bu, Avropa Birliyi ilə ümumi layihə çərçivəsində yaradılan qanundur. Avropa Birliyi öz töhfələrini verib. Ümidvaram ki, həm “Orta təhsil haqqında”, həm də “Elm haqqında” qanun layihələri Azərbaycanın, yeni nəslin inkişafı üçün bir stimul olacaq. Bunları 2019-cu il Azərbaycan parlamenti üçün müsbət işlər kimi qiymətləndirirəm”......
|