Demokratik İslahatlar Partiyasının sədri, 9 fevral 2020-ci ildə
Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi
İkinci seçki dairəsindən namizədliyini irəli sürmüş Asim Mollazadə bu gün seçki
kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib.
“Bakı Tikiş
Evi” ASC-nin həyətində baş tutan görüşdə millət vəkili seçicilərinə parlament
fəaliyyəti barədə hesabat verib və yeni seçki platformasındakı prioritet
məsələlərə toxunub. Asim Mollazadə
ölkədə islahatların aparılması zərurətindən, qarşıdakı hədəflərdən danışıb,
seçiciləri narahat edən məsələlərə aydınlıq gətirib. Pensiya yaşı, maaşların
artırılması, şəhərdaxili ictimai nəqliyyatın işinin yaxşılaşdırılması, işləyən
qadınlar üçün imtiyazların nəzərdə tutulması, uşaqpulu, alimentlərin ödənilməsi
və digər məsələlərlə bağlı seçiciləri maraqlandıran sualları cavablandırıb.
Seçicilərin fikir və təkliflərini dinləyərək parlamentdə bu istiqamətdə
qanunvericilik təşəbbüsləri ilə çıxış edəcəyini bildirib. Asim Mollazadə
seçicilərdən ölkədə gedən islahatlara dəstək verməyi, ümummilli problemlərin
həllində əl-ələ verərək yaxından iştirak etməyi xahiş edib.
Seçicilər də öz
növbələrində Asim Mollazadənin parlament fəaliyyətini yüksək qiymətləndiriblər.
Onun hər zaman ölkəmiz və xalqımız üçün həlli vacib olan məsələləri gündəmə
gətirdiyini, xaricdə Azərbaycanın milli maraqlarını ləyaqətlə müdafiə etdiyini
vurğulayıblar.
|