Partiya  Asim Mollazadə AŞPA-da ərazilərimizin işğalı və Avropadakı ksenofobiyaya etirazını bildirib-

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “20 Yanvar faciəsinin 30-cu ildönümü - müstəqil Azərbaycan xalqının yenidən dirçəlişi” adlı paneldə çıxış edib. O qeyd edib ki, sovet qoşunlarının törətdiyi qırğınlar insanların müstəqillik arzusunu boğmaq məqsədilə baş vermişdi. Lakin Sovet İttifaqının rəhbərliyi öz niyyətinə çata bilmədi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın müstəqilliyinin bərpasında dönüş nöqtəsi oldu və çox keçmədi ki, Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi.

Asim Mollazadə qeyd edib ki, Azərbaycan xalqı öz müstəqilliyini əldə etməyin cəzasını torpaqlarının işğal olunması ilə ödədi. Bu gün həm Azərbaycanın, həm Gürcüstanın, həm Moldovanın ərazilərinin 20%-i hələ də işğal altındadır.

“Bu ölkələr azadlığın, müstəqilliyin bədəlini vətəndaşlarının canları və torpaqlarının itirilməsi ilə ödədilər”, - deyə Mollazadə bildirib.    

Asim Mollazadə AŞPA-nın ümumi toplantısında isə Azərbaycanın multikultural dəyərlərindən bəhs edərək hazırda Avropada geniş vüsət almağa başlayan ksenofobiyadan narahatlığının ifadə edib.  

“Mənim ölkəm Avropanın dəyərlərini çoxdan qəbul edib, xüsusilə də tolerantlıq dəyərlərini. Yüz illərdir mənim ölkəmdə müsəlmanlar, yəhudilər və xristianlar birlikdə qardaşcasına yaşayırlar”, - deyən Mollazadə bu gün Avropada dinlərlə bağlı məsələlərin başqa istiqamətə yön aldığını vurğulayıb.

“İnsanlar qapalı geyimlərdən qorxurlar, hicabla küçəyə çıxanlara hücum edirlər. Bu, çox təhlükəli siqnaldır. Bizi Avropada hazırda mövcud olan antisemitizm, antiislamizm, ksenofobiya çox narahat edir”, - deyə azərbaycanlı parlamentari bildirib.

“Fərqli dinlərə, fərqli etnik mənsubiyyətlərə çoxmədəniyyətliliyin bir hissəsi kimi baxmaq lazımdır. Biz Avropada  rasizmə, antiislamizmə və antisemitizmə yox deyirik”, - deyə Mollazadə fikrini tamamlayıb. 

 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə