Partiya  Asim Mollazadə xanımları ölkənin ictimai-siyasi həyatında fəal olmağa çağırdı-

9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi İkinci seçki dairəsindən namizədliyini irəli sürmüş Demokratik İslahatlar Partiyasının sədri, Asim Mollazadə bu gün seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib.  

Seçki platformasında prioritet təşkil edən məsələlərə toxunan Asim Mollazadə deyib ki, Azərbaycanın müasir demokratik ölkə kimi inkişafı çoxşaxəli islahatlardan keçir. O, ölkəmizdə təhsil, xüsusilə peşə təhsili sisteminin islahatlarına, yeni dövrün tələblərinə cavab verən peşəkar menecerlərin yetişdirilməsinə ehtiyac olduğunu qeyd edib. Həmçinin savadlı, peşəkar gəncliyi yetişdirən müəllimlərin, əhalinin sağlamlığının keşiyində duran həkimlərin maaşlarının onların ləyaqətli həyatını təmin edəcək səviyyəyə qaldırılmasının vacibliyinə diqqət çəkib.

Millət vəkili ümumilikdə əhalinin rifahının yüksəldilməsi üçün müvafiq proqramların həyata keçirilməsi zərurətindən danışıb. Görüşə gələn seçicilərin əksəriyyətinin xanımlar olmasından məmnunluğunu dilə gətirən millət vəkili, Azərbaycan qadınlarının Şərq dünyasında lider rolunu xatırladaraq, onların ölkənin ictimai-siyasi həyatında fəal rol oynamasını arzuladığını deyib.  

Seçicilər də Asim Mollazadənin indiyədək onları və ölkəmizi həm parlamentdə, həm də beynəlxalq qurumlarda ləyaqətlə təmsil etdiyini vurğulayıblar. Onun daim seçicilərinə diqqət göstərdiyinə, onları dinlədiyinə, problemlərdən çıxış yolu tapmaqda köməklik göstərdiyinə, onlar üçün məmurların qapılarını döydüyünə, xalqın ümumi və həlli vacib problemlərini daim parlamentin gündəliyinə gətirdiyinə görə təşəkkür ediblər. 

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə