Partiya  Asim Mollazadə Rusiya telekanallarının əməkdaşları ilə görüşüb-
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ölkəmizdə səfərdə olan bir qrup rusiyalı telejurnalisti qəbul edib.
Partiya qərargahında keçirilən görüşdə Asim Mollazadə jurnalistlərə ölkəmizdəki ictimai-siyasi və seçkiqabağı durum, partiyanın 9 fevralda Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərə hazırlıq vəziyyəti, seçki platforması, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, Azərbaycan-Rusiya münasibətlərində prioritet məsələlər, parlamentlərarası əlaqələr barədə ətraflı məlumat verib. Sonra jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Görüşdə Rusiyanın Birinci, Rossiya 1, NTV, Rossiya-24, Mir və digər telekanallarının əməkdaşları iştirak edib.
Qeyd edək ki, Asim Mollazadə 9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilək seçkilərdə 22 saylı Nəsimi İkinci seçki dairəsindən namizədliyini irəli sürüb. 
  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə