|
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələr medianın gündəmində qalmaqdadır. Konfrans çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılan qarşılıqlı debat fərqli təkliflərin ortaya atılmasına səbəb olub. Belə ki, həmin formada debatların digər rəsmilər, parlamentarilər, diplomatlar, ekspertlər arasında keçirilməsi barədə də təkliflər səsləndirilir.
Bu barədə Modern.az-a danışan deputat Asim Mollazadə də belə debatların sıxlıqla keçirilməsinin tərəfdarıdır:"Bu cür debatların keçirilməsi, ayrı-ayrı şəxslərin arasında beynəlxalq səviyyədə debatların təşkil edilməsi vacibdir. Hər bir imkandan istifadə etməliyik ki, beynəlxalq ictimaiyyəti erməni yalanları barədə məlumatlandıraq. Bunun üçün səsimizi ucalda biləcəyimiz bütün platformalardan istifadə etməliyik. Xüsusilə beynəlxalq platformalardan Azərbaycan həqiqətlərini çatdırmaq üçün yararlanmaq üçün istifadə etməliyik. Münhen konfransında Azərbaycan dünyaya erməni yalanlarını bir daha nümayiş etdirdi.ş Hesab edirəm ki, bu yalanları ifşa etmək üçün Azərbaycan həm parlament diplomatiyasını, həm xalq diplomatiyasını gücləndirməlidir. Bizim işlərimiz çoxdur”.....
|