|
Bu gün keçirilən altıncı çağırış Milli Məclisin ilk iclasında Sahibə Qafarova parlamentin spikeri seçildi. Həmçinin birinci vitse-spiker Əli Hüseynli, vitse-spikerlər Adil Əliyev və Fəzail İbrahimli müəyyənləşdi. Yeni Milli Məclisin rəhbərliyində müxalifət – Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) nümayəndəsi olaraq Fəzail İbrahimlinin yer alması müsbət qarşılandığı kimi xeyli təəccübə də səbəb oldu. Belə ki, müstəqillik dövründə Milli Məclisin vitse-spikerlərindən heç biri müxalifət partiyasının nümayəndəsi olmayıb. Parlamentin idarəçiliyində adətən hakim partiyanın nümayəndələrini, eləcə də bitərəf deputatları görmüşük.....
....Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə də bu hadisəni Azərbaycanda uğurla başlanan islahat siyasətinin məntiqi davamı olduğunu düşünür: “Hesab edirəm ki, ölkədə vahid Azərbaycan uğrunda bütün qüvvələri, Azərbaycan xalqının gücünü birləşdirərək, çox şeylərə nail olmaq olar. Parlamentdə baş verən dəyişikliklər, inkişafda olan islahatlar ölkəmizi daha güclü edəcək, Azərbaycan xalqının iradəsini əks etdirəcək”.
|