|
"Koronavirus səbəbindən Mlli Məclisin iclaslarına fasilə verilməlidir”.
Sfera.az-a açıqlamasında bu sözləri koronavirusun genişlənməkdə olması səbəbindən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının təxirə salınması kimi, Milli Məclisin iclaslarına da fasilə verilməsinin vacibliyinə toxunarkən deputat, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib: "Koronavirusla bağlı parlamentin də fəaliyyətində fasilə elan edilməsinə böyük ehtiyac var. Müvafiq qurumlar ərəfindən bununla bağlı qərarlar verilib. Milli Məclis bu gün pandemiya və epidemiya ilə bağlı müvafiq qanunlara dəyişikliyi qəbul edəcək. Azərbaycan beynəlxalq norma və protokollara uyğun olaraq bu istiqamətdə ciddi addımlar atmalıdır. Ona görə bir müddət Milli Məclisin də iclasları keçirilməyəcək”..... Elçin Sfera.az
|