Partiya  Deputat və ekspertlər valideyn-əsgər görüşlərinin dayandırılmasını dəstəkləyir-
"Ötən həftə Müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə Azərbaycan Ordusunun şəxsi heyətinin mövsümi yoluxucu xəstəliklər və koronavirus infeksiyasına yoluxma ehtimalının qarşısının alınması məqsədilə valideynlərin əsgərlərlə görüşünə müvəqqəti məhdudiyyət qoyulması barədə göstəriş verib.

Bununla yanaşı bütün hərbi hissə və müəssisələrdə dezinfeksiya işlərinin gücləndirilməsi, şəxsi gigiyena qaydalarına riayət olunmasına diqqətin artırılması da tapşırılıb. Bu, əsgərlərimizi ümumbəşəri bəladan qorumaq üçün atılmış addımdır”.

Bunu "Mediapost”a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.
 


O vurğulayıb ki, dəyərli valideynlər əsgərlərin sağlamlığına xidmət edən bu addımı düzgün qiymətləndirəcək, onu müdafiə edəcəklər: "Onlar övladları ilə təmasların digər formalarından istifadə edəcəklər. Bu, telefonla da mümkündür, onlayn vasitə ilə də. Düşünürəm ki, canlı təmaslara fasilə verməliyik. Bu və buna bənzər addımlar özündə xoş niyyəti ehtiva edir”.

Deputat bildirib ki, bu addım təhlükəsizlik baxımdan önəmlidir: "Bununla yanaşı, digər tədbirlər də görülməlidir ki, əsgər və zabit heyətimiz bu virusdan qoruna bilsinlər. Onların fəaliyyət prinsipi elədir ki, birini digərindən hardasa iki metr məsafədə mühafizə etmək mümkün deyil. Ona görə də həm Müdafiə Nazirliyi, həm digər qoşunlarda əlavə tədbirlər də görüləcək. Bütün bu tədbirlər onların virusa yoluxma ehtimalının qarşısını almaq üçündür. Gigiyenik şərtlərə əməl olunmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyyələrinə riayət olunmalıdır. Azərbaycanda bu bəlaya qarşı mübarizə aparmaq və onun qarşısını almaq üçün dövlət səviyyəsində çox ciddi tədbirlər həyata keçirilir. Nazirlər Kabinetində operativ qərargah yaradılıb. Ora güclü mütəxəssislər cəlb olunub. Ayrı-ayrı klinikalar birbaşa bu təhlükənin qarşısını alamq üçün ayrılıb. Bir sözlə, ciddi tədbirlər görülür və həmin tövsiyyələrə birmənalı şəkildə əməl olunmalıdır. Biganəlik bütün mənalarda böyük bəlalara səbəb ola bilər”.....
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə