|
Asim Mollazadə: “Bu, onu sülh danışıqlarına daha ciddi yanaşmağa vadar edə bilər” Bu gün Laçının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 28-ci ildönümüdür. Maraqlıdır, Azərbaycan tərəfi son 28-30 illik tarixi dövrdə Ermənistanın işğalçılıq siyasətini beynəlxalq aləmdə yetərincə ifşa edə, ona qarşı təzyiq və basqı siyasətini situmullaşdıra bilibmi? Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə Ermənistanın işğalçı dövlət kimi tanındğını qeyd etməklə yanaşı, işğalçıya qarşı sanksiyaların tətbiq edilmədiyini vurğuladı: “Dünyanın aparıcı ölkələri, eləcə də əsas beynəlxalq təşkilatlar işğal faktını qəbul edib. Bununla bağlı mübafiq qətnamələr var. Lakin işğalçıya qarşı hansısa sanksiyalar, cəzalar, qınaqlar qəbul edilməyib. Hesab edirəm ki, bu istiqamətdə işləri daha da gücləndirmək lazımdır. Çalışmaq lazımdır ki, işğalçını işğalçı kimi hamı qınsın. Necə ki, Rusiyaya qarşı sanksiyalar qəbul edilib, Ermənistana qarşı da hökmən sanksiyalar tətbiq edilməlidir. Bu cür sanksiyalar qəbul edilməlidir ki, onun sülh danışıqlarına ciddi yanaşması təmin edilsin”. Seymur ƏLİYEV
|