Partiya  Azərbaycan Avropada Ermənistan üzərində daha bir mühüm qələbəyə imza atdı-

Asim Mollazadə: “Çox məmnunam ki, nəhayət, aparıcı beynəlxalq təşkilatda təmsil olunan müxtəlif qurumlar, Avropa Parlamentinin nümayəndələri öz sənədlərində beynəlxalq hüquq normalarını dəstəkləyiblər, bu, çox önəmli sənəddir”

Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın birgə bəyanatı qəbul edilib. İlk dəfə olaraq, Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı Avropa Parlamenti rəsmilərinin belə bir birgə sənədi qəbul edilir. Sənəddə Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunur, Ermənistan işğalçı kimi təqdim edilir. Qeyd edək ki, bu bəyanatın qəbul olunması Nikol Paşinyanın və Ermənistanın ağır məğlubiyyətidir. Son hadisə də onu göstərir ki, işğalçı Ermənistan diplomatik cəbhədə daha bir məğlubiyyətə məruz qalıb....
.....Milli Məclisin deputatı Asim Mollazadə də sözügedən bəyanatı çox mühüm bir sənəd kimi dəyərləndirdi: “Çox məmnunam ki, nəhayət aparıcı beynəlxalq təşkilatda təmsil olunan müxtəlif qurumlar, Avropa Parlamentinin nümayəndələri öz sənədlərində beynəlxalq hüquq normalarını dəstəkləyiblər. Bu, çox önəmli sənəddir. Çünki dövlətlərin ərazi bütövlüyünə riayət və hörmət olunmasa, hansısa bir yolla digər ölkənin ərazisi işğal edilərsə, yaranmış durum dünyada ciddi qarşıdurmlara gətirib çıxara bilər. Onun üçün də Avropa Parlamentinin Ermənistanın həyata keçirdiyi işğalla bağlı qəbul etdiyi növbəti sənədi müsbət dəyərləndirirəm.

Bu işdə əməli olanları təbrik edirəm. Fikrimcə, Azərbaycan bu istiqamətdə fəaliyyətini daha da gücləndirməli, genişləndirməli və işğalçı qüvvələrə qarşı beynəlxalq qınağa nail olmalıdır. Çalışmalıyıq ki, bütün beynəlxalq təşkilatlarda təcavüzkar qınaq obyektinə çevrilsin və ona qarşı sanksiyalar müəyyənləşdirilsin”.

Rüfət NADİROĞLU

http://www.movqe.az/news/siyaset/162768.html

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə