Partiya  "Çoxşaxəli islahatlar"-

Millət Vəkili Asim Mollazadə isə bu əməliyyatı islahat kimi qiymətləndirir və XİN-in işində "prinsipial dəyişiklərə" ehtiyacın olduğunu söyləyir.

Millət vəkili Asim Mollazadə bu hadisələr barədə danışarkən deyir: "Dəyişiklərə böyük ehtiyac var, ümidvaram ki onlar həyata keçiriləcək".

Onun sözlərinə görə, Azərbaycanın çox mühim xarici siyasətini bilavəsitə həyata keçirən idarənin mükəmməl işləməyinə ehtiyac var.

"Nəzərə almaq lazımdır ki, hal-hazırda səngərdə olan döyüşçülərlə yanaşı, Azərbaycana qarşı dünyada informasiya müharibəsi aparılır. Bu peşəkar, təşkilatlanmış, zəngin erməni diasporası və onlara dəstək verən digər qüvvələr və ölkələr digər istiqamətdə ciddi işlər aparırlar. Onun üçün də bizim XİN-nin işində çox prinsipial dəyişiklərə ehtiyac var. Bu addımlar ümidvaram ki, gələcəkdə atılacaq və ciddi islatahlar həyata keçiriləcək".

Asim Mollazadəyə görə, "Azərbaycanın müsair demokratik bir dövlət kimi inkişafı istənilirsə, məhz çoxşaxəli islahatlatlar həyata keçirilməlidir".

"Biz düşünürük ki, şaquli idarəetmə sistemində də çox ciddi dəyişiklərə, islahatlara ehtiyac var. Müasir ölkəni istəyiriksə, inkişafı istəyiriksə, sovet təfəkkürünə son qoymaq istəyiriksə, bu islahatlar ardıcıl həyata keçirilməlidir. Digər ölkələrin təcrübəsini nümunə gətirərək demək istəyirəm ki, islahatlar çətin prosesdir və ona hər zaman müqaimət çox güclü olur. Ölkə post-sovet, post-totalitar olduğuna görə, bu islahatları həyata keçirmək üçün başqa təfəkkürlü sovet icraatçılarını yeni nəsillə dəyişməliyik. Bu iş çətin işdir, əminəm ki biz problemləri aşacağıq".

Millət vəkili hesab edir ki, belə hadisə bütün nazirliklərdə baş verə bilər.

"Qərbin inkişaf etmiş bir sıra ölkələrində, 200-300 illik demokratiyaya malik olan ölkələrdə ən üst düzeydə korrupsiya, xoşagəlməz idarəetmə səhvləri olur. Ona görə də mən düşünürəm ki, Azərbaycan bir gənc dövlət kimi islahatları həyata keçirərək, bu problemlərin həllinə nail olacaq. Korrupsiya ilə, xoşəglməz idaretmə ilə mübarizənin ən əsas üsulu şəffaflıqdır, ictimai nəzarətdir, bu problemlərin üstünə getmək üçün siyasi iradənin mövcudluğudur", millət vəkili deyib.....

bbc.com

https://www.bbc.com/azeri/azerbaijan-53278176

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə