Partiya  İqtidar müxalifətə yol açır-

Asim Mollazadə: "Görüşlərin mütəmadi keçirilməsi ilə bağlı razılaşma da əldə olundu"

İyulun 7-də Milli Məclisdə təmsil olunan siyasi partiya sədrlərinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib. Görüşdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edib. Videokonfrans olduqca aktual bir mövzuya - “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusuna həsr edilib. Pandemiya dövründə meydana çıxan yeni çağırışlar fonunda siyasi sistemin əsas elementləri sayılan partiyaların fəaliyyəti müzakirə olunub.

Parlament sədri Sahibə Qafarova bildirib ki, Prezidentin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən siyasi islahatlar nəticəsində ölkədə yeni dialoq və əməkdaşlıq mühiti yaradılıb. Spiker vurğulayıb ki, parlament cəmiyyətdə mövcud olan əsas siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini tam əks etdirir. Onun sözlərinə görə, siyasi dialoq, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına xidmət edir.

Dövlətin siyasi partiyalarla iş aparması və əməkdaşlıq etməsi keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Görüş iştirakçıları da hesab edirlər ki, partiyaların roluna önəm verilməsi Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına təkan verəcək.....

.....Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə də “Şərq”ə deyib ki, görüşün məqsədi ölkədə gedən islahatlara dəstək vermək və çoxpartiyalı sistemin formalaşmasına yardımçı olmaq idi:

“Görüşdə siyasi partiyaların Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, dövlət maraqları, xalqın rifahı və başqa məsələlərdə həmrəy olmasının vacibliyi vurğulandı. Biz də hesab edirik ki, pandemiya əhalinin sosial vəziyyətinə, iqtisadi durumuna ağır təzyiq göstərdiyi üçün bütün siyasi qüvvələr birləşməli və dövlətin maraqlarını müdafiə etməlidir. Bu cür görüşlərin mütəmadi keçirilməsi ilə bağlı razılaşma da əldə olundu”.

Sherg.az

https://sherg.az/x%C9%99b%C9%99r/132314

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə