Demokratik İslahatlar
Partiyasının Siyasi Şurası 22 iyul – Milli Mətbuat Günü münasibətilə
"Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı
uğrunda" mükafata 2020-ci ildə layiq görülən şəxslərlə bağlı qərarını
açıqlayıb. Qərara əsasən, sözügedən mükafat və müvafiq diplom Ermənistan-Azərbaycan münaqişəsi, ölkənin
siyasi həyatı ilə bağlı obyektiv yazılarına görə Leyla Tarverdiyevaya
(day.az saytının əməkdaşı) və ölkənin
ictimai-siyasi həyatı ilə bağlı obyektiv məqalələrinə görə Emil Salamoğluna (“Yeni
Müsavat” qəzetinin əməkdaşı) təqdim ediləcək.
Xatırladaq ki, bu təsisatda
məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin
90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan
mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və
peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv
və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən
2008-ci ildə təsis olunub. Demokratik
İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən mükafata layiq
görülən jurnalistləri və Azərbaycan KİV-nin bütün nümayəndələrini milli
mətbuatımızın yaradılmasının 145 illiyi münasibətilə təbrik edir.
|