|
Prezident İlham Əliyev gənclərdən ibarət komanda formalaşdırmağı davam etdirir. İndi hökumətdə milyonçu Fazil Məmmədov, Səlim Müslümov, Ziya Məmmədov, Eldar Mahmudov və sair kimiləri yoxdur.
Hakimiyyət və onun elitası dünyagörüşlü, korrupsiyaya bulaşmamış, modern təhsilli, reputasiyası kristal, adı qalmaqallarda keçməyən ixtisaslı kadrlardan təşəkkül tapır. 2018-ci ildən başlanmış “yuxarıdan inqilab” siyasəti öz yüksək tempi ilə davam etməkdədir və bəzilərinin “köhnə qvardiya”dan qopmaq kimi dəyərləndirdiyi prosesin əslində, sistemli, proqramlı bir layihə olduğu göz qabağındadır. Yəni ölkə başçısı komandasını sadə həyat tərzi sürən, oliqarx olmayan, özünü təsdiqləmək istəyən, karyera yüksəlişinə varlanmaq gözü ilə yanaşmayan gənclərlə qurmaqdadır. Elə son olaraq, təhsil naziri təyin edilən Emin Əmrullayevi qeyd etmək olar. Onun sosial mediada yayılan videolarından görünür ki, mənzil şəraitindən tutmuş məişət həyatına qədər sıradan bir gənc kadrdır. Eyni sözləri xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri İnam Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev haqda da söyləmək olar. Şübhəsiz ki, bu son deyil, Nazirlər Kabinetinin tərkibində, komitələrdə kadr dəyişiklikləri davam edəcək. Hələ reforma gözləyən mühüm sektorlar var. Dövlət başçısı isə kadr islahatlarını həyata keçirərkən ictimaiyyətin gözləmədiyi, təəccüblə qarşıladığı təmiz gəncləri qabağa çəkir. Hətta iqtidarın siyasi opponentləri arasında da bu təyinatları yüksək qiymətləndirənlər, gələcəyə ümidlə yanaşanları görmək olar. Dövlət rəhbəri açıq şəkildə bildirir ki, vətəndaşları incidən, cibinə girən, haqqını yeyənlər sərt cəzalandırılacaq. Ona görə köhnə sistem qaydaları arxaikləşir, gənclərlə yeni səhifənin açılması istiqamətində mühüm addımlar atılır. Bundan sonra heç bir nazirin kapital yığımı, şirkətlər, holdinqlər, xaricdə malikanələr, restoranlar əldə etmək şansı olmayacaq. 2018-dən sonrakı siyasətdə Elmar Məmmədyarovlara, Hacıbala Abutalıbovlara, rüşvətxor icra başçısı - Vilyam Hacıyevlərə, Nizaməddin Quliyevlərə yer olmayacaq. Bəs bu dəyişikliklərin effektiv olacağını, gənclərin etimadı doğruldacağını, idarəetmə sistemində müasir yanaşmaların ortaya qoyulacağını gözləməyə dəyərmi? Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı Asim Mollazadə: “Nəsil dəyişkənliyinin zamanı çoxdan yetişmişdi” Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”ın sualını cavablandırarkən qeyd etdi ki, başqa yol yoxdur və dəyişikliklərin çoxdan vaxtı çatmışdı. Onun sözlərinə görə, islahatların nəticəsi onu həyata keçirənlərin görəcəyi işdən asılıdır: “Bu gün fərqli təhsil almış, müasir fikirli kadrların icra sisteminə cəlb olunması ölkənin müasir, müstəqil və demokratik inkişafı üçün atılan zəruri addımlardır. Mən hesab edirəm ki, bunun davamı gəlməlidir və icra sistemində nəsil dəyişkənliyinin zamanı çoxdan yetişmişdi”. A.Mollazadə prezidentin həyata keçirdiyi bu islahatları yüksək qiymətləndirir, dəstəkləyir və uğurlu olacağına inanır......
Emil SALAMOĞLU, “Yeni Müsavat” https://musavat.com/…/ilham-eliyevin-gencleri-one-cekmesind…
|