Partiya  Asim Mollazadə: “Nə qədər gec deyil, Ermənistan işğala son verməlidir, yoxsa, daha ağır vəziyyətlə üzləşəcək”-
“Ermənistan hər vəchlə danışıqlar prosesindən qaçmağa çalışaraq mövcud status-kvonu saxlamağa çalışır. Ancaq Prezident İlham Əliyevin bu barədə Azərbaycanın əsas şətri danışıqlar prosesin reputasiya xarakterli deyil, real şərtlər daxilində necə aparılması ilə bağlı mövqeyini ortaya qoyub”.

 Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

 Onun sözlərinə görə, bunun üçün ilk növbədə Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır:

“Ermənistan  öz işğal siyasətini  dayandırmalıdır.  Danışıqların predmeti real, münaqişənin konkret həllinə xidmət edən nəticələrə xidmət etməlidir”, - deputat qeyd edib.

A.Mollazadə bildirib ki, Paşinyanın oyunları əslində  əslində müstəqil olmayan Ermənistanı  daha ağır vəziyyətə salacaq:

“Nə qədər gec deyil, Ermənistan mütləq  işğala son verməlidir. Bu  Azərbaycan ən  əsas şərtidir. Bunun üçün də  Ermənistan  BMT TŞ-nin, ATƏT-in və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarını yerinə yetirməlidr. Bu Azərbaycanın mövqeyidir və Prezident İlham Əliyev  tərəfindən  də bunlar  açıq  şəkildə ifadə olunub”.

Mürtəza
Ölkə.Az

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə