|
Erməni fitnəsi bu dəfə yəhudilərə ünvanlanıb. Belə ki, onlar İrəvanda Holokost qurbanlarının xatirəsinə ucaldılmış abidəyə "Yahudilərə ölüm" yazıb, svastika çəkiblər. Ermənistan Yahudi Cəmiyyətinin sədri Rimma Varjapetyan "bu, erməni xalqının Azərbaycana silah satan İsrailə etirazıdır", - deyə bildirib.... ....Milli Məclisin Beynəlxalq əlaqələr üzrə parlament komissiyasının üzvü Asim Mollazadə isə xatırladıb ki, araşdırmalara görə, dünyada ən sərt antisemitizm məhz Ermənistanda yayılıb: “Ermənistanın beynəlxalq yəhudi konqresinin Yahudi Cəmiyyətinin sədri Rimma Varjapetyandır. Sonuncu Ermənistanda yaşayan yəhudinin arvadı olmuş erməni qadındır. Ermənilərin faşist işarələrini yəhudi məzarlarına qazımaları göstərir ki, faşizm üçün qulluq edən erməni qatilləri bu ideologiyanı indi də davam etdirirlər. Faşistlərin törətdiyi əməlləri təbliğ edən ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində, Xocalı soyqırımında əsl mahiyyətlərini nümayiş etdiriblər. Təsadüfi deyil ki, nifrətlə yaşayan Ermənistan bu gün yəhudilərə hücum edir. Ermənistanda faşist ideologiyası təəssüf ki, aparıcı fikrə çevrilib. Mənə elə gəlir ki, Azərbaycan yəhudilərlə qardaşlıqda yaşayan xalq kimi belə bir nifrətin olduğunu bütün dünyaya nümayiş etdirməlidir. Çünki antisemitizm, nifrət ümumilikdə insanlığa qarşı cinayətdir”.....
|