Partiya  Türkiyə – Azərbyacan birgə hərbi təlimlərinin keçirilməsi böyük əhəmiyyət kəsb edir-

 Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri və Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qarşılanması iki ölkə arasında digər sahələr kimi, hərbi əməkdaşlığın da möhkəm özüllər üzərində qurulmasından xəbər verir. Bunu Milli Məclisin deputatları, o cümlədən ziyalılar bu səfərlə əlaqədar təəssüratlarını bizimlə bölüşərkən dedilər: .....Asim MOLLAZADƏ, Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri: – Türkiyənin hərbi rəhbərliyinin ölkəmizə səfəri, əslində, bizim əlaqələrimizin bütün sahələr üzrə yüksək səviyyəsindən xəbər verir. Bölgə üçün çox çətin və ağır olan bir zamanda qardaş ölkənin hərbi rəhbərliyinin səfəri yüksək dəyərə malikdir. Ermənistanın sərhədboyu ərazilərdə törətdiyi təxribatlara Türkiyə Prezidentinin, Xarici İşlər nazirinin, Milli Müdafiə Nazirliyi rəhbərliyinin birmənalı münasibətləri dostluq və qardaşlığın sarsılmaz olduğunun göstəricisidir. İstənilən təhlükəli məqamda Türkiyə həmişə Azərbaycanın yanında olub. Budəfəki səfər də çox ciddi mesajdır. Azərbaycan və Türkiyəni birləşdirən amillərdən biri də çox böyük əhəmiyyətə malik strateji sistem­dir. İki ölkənin birgə həyata keçirdiyi strateji layihələr dünya birliyi üçün də əhəmiyyətlidir. Bu layihələrin arxasında böyük maraqlar dayanır. İki ölkə arasında təhlükəsizlik sahəsindəki əməkdaşlıq da böyük ümid verir. Neçə gündür ki, Türkiyə –Azərbaycan birgə hərbi təlimləri keçirilirdi. Bu, çox əlamətdar, se­vindirici, qürurverici hadisədir. Eyni zamanda, iki dost ölkənin birliyinin, qardaşlığının nümunəsidir. Bu təlimlərin həm də xalqlar arasındakı qardaşlı­ğın gücləndirilməsi baxımından çox böyük əhəmiyyəti və faydası var. Hesab edirəm ki, qardaş ölkənin hərbi rəhbərliyinin yüksək səviyyəli səfəri düşmənlərimizə ibrət dərsi olacaq.... Əliqismət BƏDƏLOV, “Xalq qəzeti” http://xalqqazeti.com/mobile/az/news/54150

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə