Partiya  Asim Mollazadə: “Keçmiş məmurların ölkəni qarışdırmaq cəhdi istisna deyil, amma həlledici söz xalqın iradəsi olacaq”-

....Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, ölkədə ciddi islahatlar prosesi gedir və nəsil, təfəkkür dəyişkənliyi müşahidə olunur.


Deputatın sözlərinə görə, bu istiqamətdə bir sıra bölgələrdə kadr islahatları da aparılır, yeni nəsil idarəetməyə cəlb olunur: “Bu da təbiidir. Müasir ölkə kimi inkişaf etmək istəyiriksə, sovet təfəkkürü ilə vidalaşmalıyıq.


Azərbaycanda peşəkar və yeni nəsil idarəetməyə gəlməlidir. Heç vaxt islahatlar asan olmur. Amma əminəm ki, xalqımızın böyük potensialı, dərin mədəniyyəti var və ölkəmiz inkişaf üçün bu imkanlardan istifadə edəcək. Biz müasir dövlət kimi nümunə olmalıyıq".


A.Mollazadə qeyd etdi ki, sabiq məmurların açıq şəkildə müqavimət göstərməsi və hansısa təzyiq imkanlarını işə salması effekt verməyəcək, çünki bu cür proseslərdə söz xalqındır.


“Xalqın öz imkanı var ki, belə hadisələrə, proseslərə təsir etsin. Bu gün xalq öz gələcəyini müstəqil, demokratik Azərbaycanda görür, keçmiş təfəkkürdə yox...” - deyə partiya sədri vurğuladı.


Deputatın fikrincə, keçmiş məmurların revanş üçün ölkəni qarışdırmaq cəhdi istisna deyil, amma həlledici söz xalqın iradəsi olacaq:


“Xalq sovet ittifaqına ”əlvida" deməyi bacarıb. Müəyyən qüvvələr hansısa ölkələrdə SSRİ-ni bərpa etmək istəyirsə, Azərbaycanda buna imkan verilməyəcək.


Çünki Qarabağın işğalı, 20 Yanvar matəmi və Xocalı soyqırımı sovet rejimi ilə bağlıdır. Azərbaycanda yenidən sovetin qayıtması mümkün olmayacaq".....


Emil SALAMOĞLU,

“Yeni Müsavat”

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə