Partiya  Aralıq dənizinin ən böyük problemi, Fransanın iddiaları... – Şərh-

Bir sıra ölkələrin bölgədə qaz layihələrinə maraqları var. Bu səbəbdən də Türkiyənin öz layihəsini həyata keçirməsinə maneçilik törətməyə çalışırlar. Uzun illərdir həllini tapmayan Kipr problemi də ortadadır. BMT-nin təşəbbüsü ilə “Anna” planına uyğun Kiprdə türk və yunan icmasının bir dövlətdə yaşaması üçün referendum keçirildi. Yunan icması referendumun əleyhinə səs verdi. Sirr deyil ki, o zaman məhz Yunanıstan bu problemin həllinə maneə yaratdı. İndi də vəziyyət gərginləşib, bölgəyə silahlar toplanır.

Bu fikirləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Aralıq dənizində Türkiyə və Yunanıstan arasında müşahidə olunan hərbi-diplomatik gərginlik haqqında danışarkən deyib.

Asim Mollazadə qeyd edib ki, Şərqi Aralıq dənizində gərgin atmosferi aradan qaldırmaq üçün NATO baş katibinin təşəbbüsü təqdirə layiqdir: “Türkiyə bu təşəbbüsü müdafiə edərək NATO çərçivəsində dialoqun aparılmasına tərəfdar çıxdı. Lakin Yunanıstan yenə də problemin həllindən yayınmağa çalışır.

Avropa Birliyi də bu məsələdə beynəlxaql hüquqa istinad etməli və Türkiyənin maraqlarını nəzərə almalıdır. Əks təqdirdə problem daha da kəskinləşəcək”.

Deputat qeyd edib ki, Şərqi Aralıq dənizində baş verənlərlə bağlı Bakının qəti mövqeyi var: “Azərbaycan prezidenti bu məsələdə dövlətimizin mövqeyini ifadə etdi, Azərbaycanın qeyd-şərtsiz Türkiyəni dəstəklədiyini açıqladı. Biz qardaş ölkələr kimi bütün beynəlxalq platformalarda bir-birimizi müdafiə edirik. Bu da çox mühüm amildir, eyni zamanda Avropa Birliyinə də ciddi siqnaldır. Çünki Azərbaycan Türkiyə ilə birlikdə mühüm layihələr həyata keçirib.

  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə