Partiya  "Bizim əsas prinsipial mövqeyimiz sülh, tərəfdaşlıq və əməkdaşlıqdır” ÖZƏL-MÜNASİBƏT-

"Ümumiyyətlə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi formal xarakter daşımayıb. Dünyanı narahat edən bütün problemlərlə bağlı Azərbaycan məhz həmrəylik istiqamətində çox böyük işlər görüb". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.

Deputatın sözlərinə görə, 2020-ci il mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının pandemiyaya qarşı videokonfrans formatında dövlət və hökumət başçıları səviyyəsində Zirvə görüşü keçirildi: "Zirvə görüşündə Prezident İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının pendemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Təklif Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən müdafiə olundu. Bu dəstək Hərəkat üzvlərinin öz dəyərlərinə hörmətinin, çoxtərəfli beynəlxalq əməkdaşlığa, multilateralizmə, qlobal problemlərin yalnız qlobal səylərlə həll oluna biləcəyi düşüncəsinə olan inamının bariz bir nümunəsi idi. Azərbaycan Prezidentinin xüsusi sessiyanın çağırılması təşəbbüsü ümumən dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləndi. Bu mənada hesab edirəm ki, Azərbaycan həmrəylik, tərəfdaşlıq üzərində dünyada siyasəti həyata keçirməyə öz təşəbbüslərini irəli sürən bir sıra ölkələrdən, qitələrdən dəstək qazanmaqdadır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi davam edir. Bilirsiniz ki, Azərbaycan pandemiyadan əziyyət çəkən ölkələrə Asiya, Afrika, Latın Amerikasına öz dəstəyini göstərib. Azərbaycanda Qoşulmama Hərəkatının pandemiyaya qarşı videokonfrans formatında dövlət və hökumət başçıları səviyyəsində Zirvə görüşü keçirildi və bir sıra ölkələrin rəhbərləri ölkəmizin təcrübəsi ilə yaxından tanış oldu, həmrəylik nümayiş etdirdi. Təbii ki, bu fəaliyyət davam etdiriləcək. Çünki, bizim əsas prinsipial mövqeyimiz sülh, tərəfdaşlıq və əməkdaşlıqdır”.

Müəllif: Ceyhun Rasimoğlu
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə