Partiya  Asim Mollazadə: "Bu gün Azərbaycanda rus icması yaşayır. Onlara öz dillərində təhsil almaq imkanı yaradılmalıdır"-
.....Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər bir azərbaycanlı bir neçə xarici dili bilməyə çalışmalıdır:
"Bu gün Azərbaycanda təkcə rusdilli yox, ingilis, fransız, alman və digər dilli məktəblərin olması çox yaxşı haldır. Biz çalışmalıyıq ki, xarici dilli məktəblərin ölkəmizdə sayı çox olsun. Bu gün Azərbaycanda rus icması yaşayır. Onlara öz dillərində təhsil almaq imkanı yaradılmalıdır. Qoy həm digər xarici dillərdə məktəblərin sayı çoxalsın, həm də Azərbaycanda yaşayan rus icması öz dilində təhsil ala bilsin. Mənim bu məsələyə yanaşmam belədir. Xarici dildə o qədər məlumat var ki, Azərbaycan gəncləri nə qədər mükəmməl səviyyədə xarici dilləri bilsələr, bizim üçün bir o qədər yaxşıdır".
Deputat deyir ki, Azərbaycan əsrlərdən bəri öz multikultural dəyərləri ilə seçilib: "Azərbaycanda hər bir xalqın mədəniyyətinə hörmət var. Multikultural dəyərlər bu gün də qorunur. Bunu rus dili ilə məhdudlaşdıraraq bizi məhdud dairəyə salırlar. Bu məsələni siyasiləşdirmək yanlışdır. Azərbaycan dünyaya əməkdaşlıq üçün açıqdır. Əməkdaşlıq üçün isə bir sıra xarici dilləri mükəmməl bilənlərə ehtiyac var. Biz hər bir qonşumuzla normal münasibət qurmaq, əməkdaşlıq etmək istəyirik. Çünki bölgəmizdə sülh və əmin-amanlığa ehtiyac var. Azərbaycanın hələ görəcəyi işlər çoxdur. Bu planda müharibə bizim planlarımız üçün təhlükədir"......
  Partiya
  Ümumi məlumat
  Məramnamə
  Nizamnamə
  Necə qoşulmalı
  Partiyanın Liderləri
  Partiyanın Sədri
  Siyasi Şura
  Namizədlər
  Məlumat Mərkəzi
  Press relizlər
  KIV-də bizim barədə
  Əlaqə